Naxçıvan Regional Elm Mərkəzi
Naxçıvan Regional Elm Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir.
Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyat və tarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetika və seleksiya, dekorativ bağçılıq) və metrologiya və standartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001).
Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar.